Добавить проект
Прочитать правила
Платный доступ
Авторизация:
Информация


Иностранные чертежи » Другие страны : ET Buz meydançası

ET Buz meydançası

| Рб:
3
| Платформа: AutoCad | Поместил: Rubail | Дата: 14.8.25 11:25 | Год выпуска: 2025 | Размер: 30.62 MB | Скачали: 0
Коротко о файле: Buz meydançasının elektrik təchizatı. / Tərkibi: rəsm dəsti + spesifikasiya.
ET Buz meydançası

Binanın elektrik avadanlıqlarını qidalandırmaq üçün 2 girim, nəzərdə tutulub.  
Elektrik enerjisini qəbul edib paylamaq üçün binanın zirzəmisində  
giriş Baş paylayıcı lövhə (BPL) layihələnib.BPL lövhəsi  0.4 kV-luq şəbəkədən qidalanır.Cərəyan qəbuledicilərinin elektrik təchizatının etibarlığı II kаteqoriyaya аiddir.Güc аvadanlıqları şəbəkəcinin gərginliyi 380/220V, idarəetmə üçün 220V-dur.Еlektrik avadanlıqlarını qidalandırmaq üçün "Siemens" və ya "Schneider" tipli   аvtomatlarla yığılmış metal şkaflar nəzərdə tutulub.
Kabellər və naqillərin divar və örtüklərlə kəsişməsi, xaricə çıxışları elə yerinə yetirilməlidir ki, onların dəyişdirilməsi mümkün olsun.Bunun üçün keçid yerlərində boru, qutu və ya boşluq qəbul olunmalıdır.Yanğın zamanı yanğının yayılmasının qarşısını almaq məqsədi ilə divar, örtük və xaricə çıxış keçidi yerlərində naqillər, kabellər və boru arası aralıqlar (boşluqlar) asan çıxarıla (sökülə) bilən odadavamlı material kütləsi (gips) ilə bağlanmalıdır.
Bağlantılar elə yerinə yetirilməlidir ki, naqil və kabellərin dəyişdirilməsi və yenisinin çəkilməsi mümkün olmalı və onların odadavamlılığı divarların və
örtüklərin odadavamlılığından az olmamalıdır.Quraşdırılma işləri ВСН-59.88,
EQQQ və СНиП 3.05.06-85-əsasında yerinə yetirilməlidir. 
Qidalandırıcı və paylayıcı şəbəkə N2XH , NHXMH  tipli mis kabel ilə yanğınadavamlı hallogensiz PVC boruda  divarda və qalvanizləşdirilmiş kabeltavalarında aparmaqla yerinə yetirilib.Layihədə istifadə olunan bütün tipkabellər "LS0H" yəni alov yaymayan və zərərli qaz buraxmayan izolyasiyalıdır.Eyni zamanda istifadə olunan PVC borular "HF" yəni zərərli qaz yaymayan borulardır.Layihələndirilən paylama lövhələrinin, açarlar və ştepsel rozetkalarının döşəmədən hündürlüyü 300 mm-dən az olmamalıdır. 

Əsas komplektin işçi cizgilərin cədvəli
Ümumi məlumat 
BPL lövhəsinin sxemi.
PQQ lövhəsinin sxemi.
QİL lövhəsinin sxemi.
PM lövhəsinin sxemi.
PM lövhəsinin sxeminin (Əvvəli).
PM lövhəsinin sxeminin (Sonu)
VL lövhəsinin sxemi.
PİL lövhəsinin sxeminin.
Zirzəmi planı. Ana xətt şəbəkələri.
Zirzəmi planı. Elektrik işıqlanması.
1-ci mərtəbənin planı. Elektrik işıqlanması
2-ci mərtəbənin planı. Elektrik işıqlanması
Fasad işıqlandırma planı.
Zirzəmi planı. Güc avadanlığı.
1-ci mərtəbənin planı. Güc avadanlığı.
2-ci mərtəbənin planı. Güc avadanlığı.
Zirzəmi güc cihazlarının planı. 
1-ci mərtəbənin güc cihazlarının planı. 
2-ci mərtəbənin güc cihazlarının planı. 
Zirzirzəmi Kabel kanalı planı
1-ci mərtəbə Kabel kanalı planı
2-ci mərtəbə Kabel kanalı planı
KABEL KANAL YÜKSƏLDİCİ DİAQRAM
Torpaqlama planı.
Maqistral kabel və naqillərin quraşdırılması planı.
Bünövrənin armaturlanması
Dizel-generator beton özül və yerləbirləşdirmə


 


Содержимое архива

Проекты (работы, чертежи) можно скачать став участником и внеся свой вклад в развитие. Как скачать ? подробнее >>>>>>>
 
Cloudim - онлайн консультант для сайта бесплатно.